Xəbərlər
Körpələr evində seçki keçirildi

Körpələr evində seçki keçirildi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan Bərdə şəhəri 9 nömrəli körpələr evi- uşaq bağçasında ilk həmkarlar ittifaqı təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.
Seçki körpələr evinin ilk həmkarlar ittifaqı təşkilatının sədri Əsgərova Məryəm Faiz qızının işdən ayrılması səbəbindən təşkil olunub.
Seçkidə körpələr evinin həmkarlar ittifaqı üzvləri iştirak edib və səsvermə şəffaflıq prinsipləri əsasında keçirilib. Səsvermənin nəticələrinə əsasən, İsgəndərova Ülkər Famil qızı Bərdə şəhəri 9 nömrəli körpələr evi- uşaq bağçasının ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
ETİHİ Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli yeni seçilmiş sədri İsgəndərova Ülkər Famil qızını təbrik edib, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, görüş zamanı həmkarlar ittifaqı təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və üzvlərin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı məsələlər də müzakirə olunub.
Təhsilə həsr olunan 65 il

Təhsilə həsr olunan 65 il
Bərdə şəhəri Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta ümumtəhsil məktəbinin müəllimi Abbasova Vətən Məhəmməd qızının 65 yaşı tamam olub.
Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri məktəbdə olub, yubilyar müəlliməni 65 illik yubileyi münasibətilə təbrik ediblər.
Görüş zamanı Abbasova Vətən Məhəmməd qızının uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, müəllimlik peşəsinə bağlılığı və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri yüksək qiymətləndirilib. Ona möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətində yeni uğurlar və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulanıb.
Sonda yubilyar müəlliməyə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə təqdim olunub.
Abbasova Vətən Məhəmməd qızı göstərilən diqqət və xoş arzulara görə təşəkkürünü bildirib.
Müəllimlərin 65 illik yubileyi qeyd olunub

Müəllimlərin 65 illik yubileyi qeyd olunub
Bərdə rayonunun Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Cəfərova Südabə Məhəmməd qızı və Əliyeva Almaz Məhəddin qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli məktəbi ziyarət edərək yubilyar müəllimləri 65 illik yubileyləri münasibətilə təbrik edib.
Görüş zamanı müəllimlərin təhsil sahəsində uzunillik səmərəli pedaqoji fəaliyyətləri, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlər və məktəbin ictimai həyatında fəal iştirakı yüksək qiymətləndirilib.
Komitə sədri Misir Ənvərli yubilyar müəllimlərə möhkəm cansağlığı, ailə səadəti və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Sonda Cəfərova Südabə Məhəmməd qızı və Əliyeva Almaz Məhəddin qızına Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Yubilyar müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
“Ümumdünya Layiqli Əmək Günü” ilə əlaqədar tədbir keçirilib

“Ümumdünya Layiqli Əmək Günü” ilə əlaqədar tədbir keçirilib
Bərdə rayonunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, layiqli əmək insanların əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, ədalətli əmək münasibətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyəti və işçilərin hüquqlarının müdafiəsi xüsusi önəm kəsb edir.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ağdam şəhər 1 nömrəli tam orta məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Ağdam şəhər 1 nömrəli tam orta məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Daha sonra tədbir Ağdam şəhərində davam etdirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhid müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, İdarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının müvafiq rayon komitələrinin sədrləri, ümumi təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, müəllim əməyinin gələcək nəslin yetişdirilməsində və cəmiyyətin inkişafında mühüm rol daşıdığını vurğulayıb, bütün təhsil işçilərinə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Daha sonra bir qrup müəllim çıxış edərək müəllimlik peşəsinin məsuliyyətindən, təhsil sahəsində həyata keçirilən yeniliklərdən, eləcə də müəllim əməyinə göstərilən diqqət və qayğıdan bəhs edib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər.
Təhsildə nailiyyətləri və səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisi təltif olunub. Təltif olunanlara təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən müəllimlərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri və bədii kompozisiyalar təqdim olunub.
Tədbir xoş və səmimi ovqatda başa çatıb.
Bərdədə ucqar kənd məktəblərində müəllimlərlə görüş keçirilib
Bərdədə ucqar kənd məktəblərində müəllimlərlə görüş keçirilib
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri Bərdənin ucqar kəndlərində yerləşən təhsil müəssisələrində çalışan müəllimlərlə görüş keçiriblər.
Görüşlərin əsas məqsədi rayonun ucqar kəndlərində fəaliyyət göstərən məktəblərdə çalışan müəllimləri peşə bayramları münasibətilə təbrik etmək, onların əməyinə diqqət və qayğı göstərmək olub.
Bu məqsədlə komitə nümayəndələri Bərdə rayonunun Lənbəran kənd tam orta ümumtəhsil məktəbi, Bəciravan kənd tam orta ümumtəhsil məktəbi, Qazaxlar kənd tam orta ümumtəhsil məktəbi əlavə olaraq şəhər mərkəzində 8 nömrəli tam orta ümumtəhsil məktəbi və 10 nömrəli uşaq körpələr evində olublar.
Keçirilən görüşlərdə müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəslin yetişdirilməsində mühüm rolu qeyd olunub, onların fədakar və məsuliyyətli fəaliyyəti yüksək qiymətləndirilib.
Səmimi şəraitdə keçən görüşlər zamanı müəllimlərin qayğı və təklifləri dinlənilib, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən ucqar kəndlərdə çalışan təhsil işçilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib.
Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən təhsil işçilərinin iştirakı ilə tədbir təşkil olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunun müdiri Qurban Məmmədov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, ümumi təhsil müəssisələrinin direktorları və təhsil işçiləri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxışlar edilib. Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin təlim-tərbiyəsində və milli-mənəvi dəyərlərin formalaşdırılmasında mühüm rolu vurğulanıb. Təhsil işçiləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbir ziyafət süfrəsi ətrafında davam edib. İştirakçılar üçün musiqi proqramı təşkil olunub, tədbir xoş və səmimi əhval-ruhiyyədə davam edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib və tədbirin təşkilinə görə minnətdarlıq ifadə olunub.
Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib

Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonumuzun bir sıra ümumtəhsil müəssisələrində müəllimlərlə görüşlər keçirərək onların bayram sevincini bölüşdük, şərəfli və məsuliyyətli fəaliyyətlərinə göstərdiyimiz dərin hörmət və ehtiramı ifadə etdik.
Görüşlər zamanı təhsil sahəsində səmərəli fəaliyyəti, yüksək peşəkarlığı, fədakar əməyi və əldə etdiyi nailiyyətlərlə fərqlənən müəllimlər və kollektivlər Fəxri Fərmanlarla təltif olundular.
Bu təltiflər yalnız bir mükafat deyil, müəllim əməyinə verilən yüksək dəyərin və zəhmətə göstərilən ehtiramın ifadəsidir.
Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrin müşaviri Əliyev Vüsal ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli müəllimlər və həmkarlar ittifaqı fəalları iştirak etdilər.
Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, şərəfli fəaliyyətinizdə möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzulayırıq!
Müəllim əməyinə hörmət – gələcəyə hörmətdir!
Məktəbin həmkarlar ittifaqına yeni sədr seçkisi keçirildi

Məktəbin həmkarlar ittifaqına yeni sədr seçkisi keçirildi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan Bərdə rayonu Güloğlular kənd ümumi orta məktəbinin ilk həmkarlar ittifaqı təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.
Seçki təşkilatın əvvəlki sədri Allahverdiyeva Çimnaz İmran qızının 65 yaşının tamam olması və əmək fəaliyyətinin son həddinə çatması ilə əlaqədar əmək fəaliyyətini başa vurması səbəbindən keçirilib.
Seçkidə məktəbin həmkarlar ittifaqı üzvləri iştirak edib. Səsvermə şəffaflıq və demokratik prinsiplər əsasında keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vəliyeva Fidan Maarif qızı Bərdə rayonu Güloğlular kənd ümumi orta məktəbinin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
ETİHİ Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli yeni seçilmiş sədr Vəliyeva Fidan Maarif qızını təbrik edib, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Görüş zamanı həmkarlar ittifaqı təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, eləcə də üzvlərin əmək, sosial və digər hüquq və mənafelərinin müdafiəsi ilə bağlı məsələlər müzakirə olunub.
Bərdə rayon Şəhidlər xiyabanı ziyarət edilib

Bərdə rayon Şəhidlər xiyabanı ziyarət edilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə rayon Şəhidlər xiyabanı ziyarət edilib.
Ziyarətdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Rayon Təhsil Sektorunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlər xiyabanında şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, onların ruhlarına dualar oxunub.
Qeyd olunub ki, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə rayon ümumtəhsil məktəblərində tədbirlər keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə rayon ümumtəhsil məktəblərində tədbirlər keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirlər zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Məktəblərdə şəhidlərin həyat və döyüş yolundan bəhs edən təqdimatlar nümayiş etdirilib, onların qəhrəmanlığını əks etdirən şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Şəhidlərin xatirəsinə həsr olunmuş guşələr ziyarət edilib və onların ruhuna ehtiram ifadə olunub.
Tədbirlərdə çıxış edənlər 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm əhəmiyyət daşıdığını vurğulayıb, şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Bərdə rayonunda ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib

Bərdə rayonunda ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan Bərdə rayonu İlyas Hümbətov adına Soğanverdilər kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.
Növbədənkənar seçkinin keçirilməsinə səbəb əvvəlki sədrin öz ərizəsinə əsasən həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsindən istefa verməsi olub.
Seçkidə məktəbin həmkarlar ittifaqı üzvləri iştirak edib. Səsvermə şəffaflıq və demokratik prinsiplər əsasında keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Məmişova Aytəkin Allahverdi qızı Bərdə rayonu İlyas Hümbətov adına Soğanverdilər kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
Yeni sədrə fəaliyyətində uğurlar arzulayırıq.


